Azər Maqsudov: "Müalicə alan 8 xəstənin 4 nəfərinin səhhətində gecə saatlarında kəskinləşmə olub"
"Hazırda Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan 11 xəstə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müalicə alır". Bunu SİA-ya açıqlamasında KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, müalicə alan xəstələrin 3-ü azyaşlı uşaqdır: "Şöbədə müalicə alan 8 xəstənin 4 nəfərinin səhhətində gecə saatlarında kəskinləşmə olub. Hazırda vəziyyətləri stabildir. Onların müalicəsində pulmanoloq, toksikoloq, reanimoloq, kardioloq, eyni zamanda psixoloq iştirak edir. Mütəmadi müayinə olunurlar və müalicələri davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB