Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21 noyabr tarixində saat 12:00-da Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB