Qənirə Paşayeva: "Ona tez bir zamanda sağlamlığına qovuşmağı dilədim”

Qənirə Paşayeva: "Ona tez bir zamanda sağlamlığına qovuşmağı dilədim”

"İnterAz telekanalının əməkdaşı Nizami Eyvazovun qaraciyərində ciddi problemin yaranması və ona təcili əməliyyatın lazım olması ilə bağlı narahatlıq var və bununla bağlı jurnalist-dostlarımız xeyriyyə aksiyası keçiriblər". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva öz "facebook" səhifəsində məlumat yazıb.

Millət vəkilinin qeyd edib ki, İnterAz telekanalının əməkdaşları və jurnalist dostlarım mənə Nizami qardaşımızla bağlı məlumat və müraciət edən kimi bu məsələ ilə bağlı səhiyyə nazirimizlə danışdım: "Bir az əvvəl Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovla danışdım və o bildirdi ki, bu dəqiqələrdə Nizami qardaşımız Neftçilər Xəstəxanasına köçürülüb və hörmətli nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək. Nizaminin özü ilə də danışdıq. Ona tez bir zamanda sağlamlığına qovuşmağı dilədim və inanıram ki, Neftçilər Xəstəxanasının rəhbəri dəyərli Leyla xanımın və dəyərli dostumuz Transplantologiya şöbəsinin müdiri Mircalal həkim başda olmaqla, şöbənin dəyərli həkimlərinin dəstək və qayğısı ilə Nizami qardaşımız qısa zamanda sağalacaq və ailəsi və sevdikləri ilə bərabər hələ neçə illər gözəl ömür yaşayacaq".

Xatırladaq ki, "Hepatit-B" virusundan əziyyət çəkən İnterAz telekanalının operatoru, 25 yaşlı Nizami Eyvazov qaraciyər serrozunun dekompensasiya mərhələsindədir və əməliyyat olunmalıdır. Əməliyyatın ümumi xərci 45 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə