BŞTTTYS: "Fevral ayında dəm qazından 248 nəfər boğulub"

BŞTTTYS: "Fevral ayında dəm qazından 248 nəfər boğulub"

"Fevralın 1-dən bu günədək stansiyamıza dəm qazından boğulma halları ilə bağlı 248 müraciət daxil olub. Müraciət edənlərdən 164 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfəri 3-10 yaşlı uşaqlardır. Qalanlarına yerindəcə tibbi yardım edilib". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, gündə orta hesabla 4-5 yol-nəqliyyat hadisəsi barədə BŞTTTYS-ya müraciət daxil olur: "Bunlar əsasən avto-qəzalar və avtomobillərin vurduğu fərdi şəxslərlə bağlı müraciətlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə