Mürsəl Həmidov: "Bayram günlərində əhaliyə lazımı tibbi xidməti göstərməyə hazırıq"

Mürsəl Həmidov: "Bayram günlərində əhaliyə lazımı tibbi xidməti göstərməyə hazırıq"

"Stansiyamız bayram günlərində əhaliyə lazımı tibbi xidməti göstərməyə hazırdır". Bu barədə SİA-ya açıqlamasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.

Onun sözlərinə görə, dekabrın 31-dən yanvarın 7-dək ambulator polinklinikalar fəaliyyətini dayandıracaq: "Bu səbəbdən də bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ediləcək müraciətlərin sayının artacağı gözlənilir. Müraciətlərin tam şəkildə qəbul edilməsi və tibbi yardımın göstərilməsi üçün briqada lazımı qədər dərman preparatları ilə təchiz olunub. Bayram günlərində əhaliyə lazımı tibbi xidməti göstərməyə tam hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə