Azərbaycan “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub

Azərbaycan “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi"nə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə universitetin tələbələri ilə İİV virusunun mövcud vəziyyəti, ona yoluxmanın qarşısının alınması istiqamətində görülən işlər və digər məsələlər barədə ətraflı diskussiya aparılıb.

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib ki, mərkəz 22-29 noyabr tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək "İİV müüayinəsi ilə bağlı Avropa həftəliyi"nə qoşulub: "Həftəlik çərçivəsində ali təhsil müəssisələrində və ticarət mərkəzlərində aparılan testlər zamanı yoluxma halları aşkarlanmayıb. Lakin belə hallar mövcuddur. Əsasən gənclər bu və ya digər məsələlərə ciddi fikir verməlidirlər".

Mərkəzin direktoru qeyd edib ki, Astara, Lənkəran və Masallı rayonlarında aparılan aksiyalar zamanı ümumilikdə 800 nəfərdən çox insan müayinədən keçib: "Məlum məslədir ki, bu region yoluxmaya həssas ərazidir. Lakin aparılan testlər nəticəsində həmin ərazidə də yoluxma halları qeydə alınmayıb: "Müqayisə üçün deyim ki, 2012-ci ildə yarım milyondan artıq insanın müayinədən keçməsi nəticəsində 517 nəfərdə yoluxma halı aşkar olunmuşdu. Azərbaycan İİV-ə yoluxma səviyyəsi olmayan ölkələr sırasındadır. Lakin az da olsa həl il ölkədə İİV-ə yoluxmada artım baş verir".

Tədbirin davamında mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif çıxışlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə