Esmira Alməmmədova: "İİV-ə yoluxanların 30,3%-i məhbuslardır"

Esmira Alməmmədova: "İİV-ə yoluxanların 30,3%-i məhbuslardır"

"Azərbaycan İİV-ə yoluxma hallarının 1/3 hissəsi cəzaçəkmə müəssisələrində aşkar olunub". SİA xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, belə ki, İİV-ə yoluxanların 30,3% məhbuslardır: "Bu ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxmuş insanların sayı 4171 nəfər təşkil edib. Onların 96%-i azərbaycanlı, qalanları isə əcnəbilərdir. Qadınlarla müqayisədə kişilər arasında İİV-ə yoluxma faizi üstünlük təşkil edir. Göstəricilərə əsasən kişilərdə İİV-ə yoluxma 80%, qadınlarda isə 20%-dir. Gənclər arasında İİV-ə yoluxma faktları qeydə alınsa da, əsas yaş təbəqəsi 30-49 yaş arasıdır. İİV-ə yoluxanların 35%-i 40-49 yaşlı insanlarda, bir qədər ondan azı isə 30-40 yaşlı insanlarda qeydə alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə