Bu il oktyabrın 31-dən noyabrın 2-dək 19-cu Azərbaycan Beynəlxalq "Səhiyyə" ("BIHE") sərgisi keçiriləcək. SİA-nın "İteca Caspian LLC" şirkətinə istinadən verdiyi xəbərə görə, tibb və səhiyyə sahəsində regionun yeganə ixtisaslaşdırılan tədbiri olan "BIHE" sərgisi hökumət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş meydançasına çevrilib.
Sərgiyə həm xarici, həm də yerli şirkət və təşkilatların göstərdikləri maraq artıq hazırkı mərhələdə sərgi ekspozisiyasının ötən il ilə müqayisədə 20% artacağını proqnozlaşdırmağa imkan verir. "BIHE" sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edir: tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istifadə (sərfiyyat) materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s.
"BIHE" sərgisinə paralel olaraq, həmin tarixlərdə daha iki tədbir - 8-ci Azərbaycan Beynəlxalq "Stomatologiya" sərgisi və "Beauty Azerbaijan 2013" 7-ci Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" sərgisi keçiriləcək. Builki sərgidə Azərbaycan, Belarus, Almaniya, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə sərgiyə qoşulan Çexiya ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edəcək. Türkiyənin klinikaları bu il növbəti dəfə sərgidə iştirak edirlər. Yerli iştirakçıların siyahısına "Medeks", "Labservis", "CaspiDent", "Beauty Aesthetic", "Gazelli", "ZNK" və s. şirkətlər daxildir.
Hazırda sərgi iştirakçılarının qeydiyyatı fəal surətdə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB