Sabah həkimlər imtahan verəcək

Azərbaycanda ilk dəfə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahanı sabah keçiriləcək. SİA-nın məlumatına görə, imtahan nazirliyin Sertifikasiya Komissiyasında təşkil olunacaq. Paytaxtda keçiriləcək imtahan iki mərhələdə aparılacaq. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Sualların 40-ı ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Nəticələr isə qısa müddət ərzində açıqlanacaq. İmtahanında uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, müraciət edənlərin sayı çox olduğündan birinci imtahandan sonra ikinci imtahanın da keçirilməsi nəzərdə tutulur. Yeni vakansiyalar yarandıqda hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. İlk imtahanda isə həkimlərin işə qəbulu üçün 2000-dən çox vakant yer ayrılıb.

Məlumat üçün bildirək ki, qəbul imtahanında iştirak etmək üçün vakant yerlərə həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə