Günvurma hallarında ilk olaraq hansı tibbi yardım tədbirləri görülməlidir? - QURUM RƏSMİSİ DANIŞDI

Günvurma hallarında ilk olaraq hansı tibbi yardım tədbirləri görülməlidir? - QURUM RƏSMİSİ DANIŞDI

"Günvurması hallarında ilk növbədə xəstə günəş şüalarının təsirindən uzaqlaşdırılaraq kölgəli və sərin bir yerə aparılmalı, dar paltarları boşaldılmalı, bədən temperaturunu azaltmaq üçün baş, boyun, qoltuqaltı və qasıq nahiyələrinə soyuq kompres qoyulmalı, bədəni isə sərin su ilə silinməlidir".

Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, xəstə ayıq vəziyyətdədirsə, ona kiçik qurtumlarla sərin su və ya mineral tərkibli maye verilməlidir:

"Huşunu itirmiş və ya qusan şəxsə maye vermək olmaz. Belə halda o, yan vəziyyətdə uzadılmalı və dərhal təcili tibbi yardım çağırılmalıdır.

Xəstənin vəziyyətinin ağırlaşmaması üçün onu yenidən günəş altında saxlamaq, alkoqollu və kofeinli içkilər vermək, həmçinin çox soyuq suya qəfil salmaq məsləhət görülmür.

Huşun bulanması, qıcolma, nəfəs darlığı və ya yüksək hərarət kimi əlamətlər müşahidə olunarsa, təcili tibbi yardım göstərilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə