Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin yüksək ixtisaslı kardioloqu Ləman Eyvazlı “Dobutamin ekokardioqrafiya” mövzusunda ətraflı məlumat verib. Ləman həkimin çıxışını Sizə təqdim edirik. https://youtu.be/3P9pXNRJu84
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının rəsmi YouTube kanalı tibb və sağlamlıq sahəsində etibarlı informasiya mənbəyi kimi fəaliyyət göstərir. Kanalda həkim-mütəxəssislərin maarifləndirici çıxışları, aktual mövzular üzrə ekspert müsahibələri, profilaktik tövsiyələr və tibbi yeniliklər mütəmadi olaraq paylaşılır.
Eyni zamanda hospitalda təşkil olunan elmi-praktik konqreslər, konfranslar, seminarlar, simpoziumlar, beynəlxalq görüşlər və canlı yayımlar da geniş auditoriyaya məhz bu platforma vasitəsilə təqdim olunur. Kanal, həm səhiyyə işçiləri, həm də əhali üçün operativ, peşəkar və etibarlı tibbi məlumatların çatdırılmasında mühüm rol oynayır.
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB