Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun rəhbərliyi altında invaziv kardioloqları tərəfindən TAVİ əməliyyatı, EVAR əməliyyatı, döş qəfəsində olan anevrizmalar və yırtıqların ayaq damarından girilərək bağlanması prosedurları, Perkutan Transluminal Koronar Angioplastika Proseduru, stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, koronar angioqrafiya, aortaqrafiya, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya kimi müasir müayinə və müalicə üsulları, eləcə də EKQ, holter monitorinqi, stress test, exokardioqrafiya, transezofagial exoqrafiya, stress exokardioqrafiya, müvəqqəti süni ritm aparıcısının tətbiqi, intaortik balon pompasının tətbiqi, ürək boşluqlarının kateterizasiyası kimi müasir müayinə və müalicə üsulları uğurla həyata keçirilir.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, kardioloqlar – Poliklinika şöbəsinin rəisi Dr.Tamilla Əliyeva, Dr.Şəhla Ağayeva, Dr.Samir Mustafayev, Dr.Emin Hacıbalayev, Dr.Emin Allahverdiyev, Dr.Günay Məmmədova, Dr.Ləman Eyvazlı, Dr.Sevinc Məmmədova, Dr.Günay Hətəmova və Dr.Nərgiz Ələkbərova tərəfindən pasiyentlərə müasir diaqnostik imkanlar və qabaqcıl invaziv müdaxilə üsullarından istifadə etməklə ürək-damar xəstəliklərinin erkən aşkarlanması, effektiv müalicəsi və ağırlaşmaların qarşısının alınması təmin olunur. Şöbədə müalicə prosesi beynəlxalq klinik protokollara uyğun təşkil edilir, multidissiplinar yanaşma tətbiq olunur və pasiyentlərin sağlamlığının bərpası ilə yanaşı həyat keyfiyyətinin yüksəldilməsi əsas prioritet kimi müəyyən edilir.
2023-cü ilin sentyabr ayından etibarən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində Transkateter Aorta Qapağı implantasiyası (TAVİ) əməliyyatı uğurla icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik açılmadan həyata keçirilir. Azərbaycanda ilk dəfə 2023-cü ilin noyabr ayında qoltuqaltı və korpusaltı damarlardan girilərək ürəyin aorta klapanının dəyişdirilməsi əməliyyatı Mərkəzi Gömrük Hospitalında icra olunub.
Mərkəzi Gömrük Hospitalında aparılan kardioloji müayinələr:
• EKQ
• Holter monitorinqi
• Fiziki yük sınagı (Stress test)
• Exokardioqrafiya
• Transezofagial exo (TEE)
• Stress Exokardioqrafiya
• Ambulator qan təzyiqi monitorizasiyası
• Kardioversiya
• Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi
• İntaortik balon pompası tətbiqi
• Koronar angioqrafiya
• PTKA (Perkutan trans luminal angioplastika)
• Yüksək riskli PTKA və stent tətbiqi
• Xroniki total okkluziyalarda PTKA və stend
• Ürək boşluqlarının kateterizasiyası
• Döş qəfəsi və qarın aortaqrafiyası
• Koronar angioqrafiya + byrass kontrolu
• Periferik angioqrafiya
• Renal angioqrafiya
• Aortaqrafiya
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB