TƏBİB: Kəskin respirator infeksiyaların genetik dəyişkənliyi müalicəni çətinləşdirir
Hər il payız-qış mövsümlərində kəskin respirator infeksiyaların və qrip epidemiyalarının yayılması müşahidə edilir.
Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyindən (TƏBİB) SİA-ya verilən məxsusi məlumatda bildirilib ki, törədici virusların genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir.
Həmçinin vurğulanıb ki, yaşı 65-dən yuxarı yetkinlər və 1-dən aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri olan, şəkərli diabetli və immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olanlar yüksək risk qrupuna aid edilirlər. Hərarət, burun axıntısı və tutulması, boğaz və baş ağrısı, öskürək, halsızlıq, bəzən ürəkbulanma və qusma isə simptomlara aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə və oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə isə mütləq həkimə müraciət olunmalıdır.
Bu xəstəliklərdən qorunmağın ən effektli yolu isə vaksinasiyadır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB