Mərkəzi Gömrük Hospitalında dermatoveneroloji xidmətlər müasir tibbin tələblərinə uyğun şəkildə həyata keçirilir

Mərkəzi Gömrük Hospitalının Dermatovenerologiya kabinetində dəri və dəriyə aid xəstəliklərin diaqnostika və müalicəsi müasir tibbi standartlara uyğun, peşəkar yanaşma əsasında dermatoveneroloq Sevinc Kərimova tərəfindən həyata keçirilir. Hospitalda pasiyentlərə dermatoloji, veneroloji və mikoloji istiqamətlər üzrə yüksək ixtisaslı tibbi yardım göstərilir.
Dermatovenerologiya kabinetində müayinələr zamanı unikal hesab olunan dermatoskopik müayinə üsulundan istifadə olunur. Bu müasir diaqnostik metod dərinin patologiyalarının erkən mərhələdə aşkarlanmasına, dəqiq qiymətləndirilməsinə və düzgün müalicə taktikasının seçilməsinə geniş imkanlar yaradır.
Bölmədə allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, acne vulgaris, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnaqların və saçların göbələk xəstəlikləri uğurla müayinə və müalicə olunur. Eyni zamanda zöhrəvi xəstəliklərin – xlamidiya, mikoplazma, ureaplazma, qonoreya, trixomoniaz və digər urogenital patologiyaların diaqnostika və müalicəsi aparılır. Genital herpes və virus mənşəli ziyillər (kondilomalar) da bölmənin əsas müalicə istiqamətlərinə daxildir.
Mərkəzi Gömrük Hospitalında dermatoveneroloji xidmətlərin əsas məqsədi pasiyentlərin sağlamlığının qorunması, erkən diaqnostikanın təmin edilməsi və hər bir pasiyentə fərdi yanaşma əsasında keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə