Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Bilqeyis Axundova elmi-praktik mühitlə bağlı ünvanladığı təşəkkür rəyi

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin ikinci kurs həkim-rezidenti Bilqeyis Axundovanın hospitalda yaradılan peşəkar və elmi-praktik mühitlə bağlı ünvanladığı təşəkkür rəyini diqqətinizə çatdırırıq.
Gənc həkim-rezident Bilqeyis Axundova öz rəyində Mərkəzi Gömrük Hospitalında rezident həkimlərin bilik və bacarıqlarının artırılması üçün yaradılan əlverişli şəraiti, müasir tibbi avadanlıqlarla təmin olunmuş iş mühitini, eləcə də təcrübəli həkimlərin göstərdiyi davamlı metodiki və peşəkar dəstəyi xüsusi vurğulayıb. Belə ki, Uşaq Cərrahiyyəsi şöbəsində aparılan əməliyyatlar, klinik müzakirələr və praktik məşğələlər rezidentlərin formalaşmasında mühüm rol oynayır.
Bilqeyis Axundova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi- baş həkim Bəxtiyar Musayevə, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərova və təlim prosesində əməyi olan bütün həkimlərə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edir. Onun sözlərinə görə, hospitalda mövcud olan peşəkar, etik və elmi yanaşma gələcək ixtisaslı həkimlərin yetişdirilməsinə mühüm töhfə verir

Bütün xəbərlər Facebook səhifəmizdə