QİÇS-lə necə mübarizə aparılır - EKSPERTLƏR AÇIQLADI

1988-ci ildən etibarən hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Sindromu ilə (QİÇS) Mübarizə Günü kimi qeyd edilir.

QİÇS xəstəliyinin yayılma və bu xəstəlikdən qorunma yollarını SİA-ya açıqlamalarında müsahiblər bildirib.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, həkim, farmakoloq Aydın Əliyev qeyd edir ki: "QİÇS-lə mübarizə artıq dünyaya məlumdur. Neçə illərdir, əhalinin sağlamlığına vurduğu ciddi ziyanlar və əhalinin sağlamlığı səhiyyə sisteminin qarşısında duran vəzifələr hamıya məlum olub. Bütün virus xəstəliklərində olduğu kimi bu xəstəlikdə də insanların sonitar gigeyinik qaydalara düzgün riayət etməməsi, insanların bir-biri ilə təması zamanı bu xəstəliklərin digər insanlara keçirilməsi sübut olunmuş məlum məsələlərdir. QİÇS-lə mübarizədə birinci yerdə insanın mədəniyyəti durur. Biz həkimlər bilirik ki, mədəniyyətin kökü sağlamlıq deməkdir. Sağlam düşünən insanlar digərlərini bilə-bilə xəstələndirməzlər. Adicə siqareti çəkib yola atmağa mədəniyyətsizlik deyirik. Kökündə natəmizlik durur.

İnsanların özlərinin ətraf mühitlə, normal yaşayışlarını təmin etməlidirlər. İnsanlar qida məsələlərinin, suyun keyfiyyətli olmağına, ekologiyanın təmiz olmağına fikir verməlidirlər. Bu və ya digər xəstəliklərin yaranmasına səbəb dediyim amillərin nəticəsində insan bədəninin immun sistemi zəifləyir. Həmin vaxt hansı virus, infeksiya yayılırsa, həmin insan tez yoluxur. Ona görə dediyim məsələlərə diqqət yetirmək lazımdır. İnsanların bir-birinin münasibətində olan gərginliklər aradan götürülməlidir. Onda istənilən xəstəliyə tez qalib gəlmək olar. İstənilən halda bütün xəstəliklər zamanı həkimə müraciət etmək lazımdır. Həkimsiz dərmanların qəbul edilməyinin qəti şəkildə əleyhinəyəm. Həkimsiz dərman qəbulu digər orqanlarda olan problemlərə ziyan edə bilər".

Digər müsahib professor Adil Qeybulla QİÇS-un yoluxma yollarını izah edib: "Bu xəstəlik qan və cinsi yolla yayıla bilər. Həmçinin, doğuş zamanı bu xəstəliyə yoluxmaq olar. Xəstəlik heyvandan insana keçmir. Hal-hazırda da virus yayılmaqdadır. Xəstəliklər təbliğatdan keçir. İnsanların xəstəliklə bağlı təsəvvürləri yanlış olmamalıdır. Əsasən, yoluxma yollarını bilməlidirlər ki, bəzi tədbirlər görülə bilsin. Xəstəlik müxtəlif prosedurlarla keçə bilər. Buraya diş kabinetləri, müxtəlif cərrahi prosedurlar daxildir. İndiki dövrdə bu cür yollakeçmə ehtimalı çox azdır. Buna görə də ənənəvi yollarla keçir. Narkamanlarda isə iynə yolu yayılır. Xəstəlik barədə insanlarda düzgün təsəvvürlər olmalıdır ki, mümkün qədər qoruna bilsinlər".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə