“Müasir dövrümüzdə ən böyük bəlalardan biri də bəzi insanların, xüsusilə də qadınların sonunu düşünmədən arıqlamaq üçün qeyri-sağlam yollara əl atmasıdır. Artıq çəkidən azad olmaq istəyən insanlar arasında populyar olan, çox istifadə edilən arıqlama dərmanları və çayları bəzi problemlərə səbəb ola bilir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.
Onun sözlərinə görə, arıqlamaq istəyi insanları reseptsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyə sövq edir: “Arıqlama çaylarından istifadə zamanı iştaha süni şəkildə təsir edildiyi üçün anidən şəkər düşməsi, təzyiqin oynaması, eləcə də huşu itirmə kimi hallara da rast gəlmək mümkündür. Bu dərmanlar xüsusilə də qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər”.
Dietoloq sözlərinə davam edərək bildirib ki, ona görə də arıqlamaq uğruna sağlamlığınızdan olacaq şeylərdən istifadə etməyin: “Unutmaq olmaz ki, sağlam qidalanma və aktiv idmandan başqa hansısa çaydan və ya dərmandan möcüzə gözləmək orqanizmdə ömürlük fəsadlar yarada bilər. Ona görə konkret öz fikrimi deyə bilərəm ki, bu çayların içilməsinin əleyhinəyəm. Tibdə arıqlamaq üçün kimyəvi sınaqlardan keçmiş dərmanlardan istifadə olunur. Bu səbəbdən də həkimlə məsləhət etmədən heç bir dərman və ya arıqladıcı vasitədən istifadə etməyi məsləhət görmürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB