Dərmanların satış qiymətinin yuxarı həddini dövlət müəyyənləşdirəcək
Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.
SİA-nın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Təklif olunan dəyişikliklə dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB