Azərbaycanda dabaq xəstəliyi yayılıb? - MÜNASİBƏT BİLDİRİLDİ

Bildiyimiz kimi, Türkiyənin Bartın bölgəsində dabaq xəstəliyi səbəbindən 90 kənd karantinə alınıb. Ümumiyyətlə, Azərbaycanda da heyvanlar arasında bu xəstəliyə rast gəlinə bilərmi? Bununla bağlı hansı qabaqlayıcı tədbirlər görülməlidir? SİA mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin deputatı Müşfiq Məmmədlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu sahədə Azərbaycanda qabaqlayıcı tədbirlər görülür: "Bilirsiniz ki, istər veterinar həkimlər, yəni, baytarlıq xidmətinin təşkili baxımından, istərsə də AQTA-nın ən satışı məntəqələrində olan nəzarət və ət kəsimi məntəqələrində olan nəzarət sistemi kifayət qədər əvvəllər də həyata keçirilsə də, amma 1-2 ildə məsələnin çox ciddi və təkmil hal aldığını görürük".

Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, bütün ət satış və kəsim nöqtələri tam ciddi şəkildə nəzarət altındadır. Bundan başqa müxtəlif heyvandarlıq komplekslərində peyvəndlərin aparılması və müxtəlif nümunələrin götürülməsi işi bu prosesin qabaqlayıcı tədbirlər mexanizminə aiddir.

Davamlı şəkildə monitorinqlər aparılmalı və vaksinasiya prosesi olmalıdır. Çünki artıq fermerlər özləri bu prosesdə maraqlıdır. Çünki istənilən halda infeksiyanın olması sonradan onların iqtisadi gəlirliliyinə də təsir edir. Azərbaycanda bu vəziyyət digər ölkələrlə müqayisədə daha yüksək səviyyədə təşkil olunmuşdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə