Həkim şirniyyatdan imtina etməyin asan yolunu göstərdi

Şirniyyata olan həvəsi azaltmaq üçün pəhrizinizi dəyişdirməlisiniz.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu, rusiyalı dietoloq Yelena Solomatinanın fikridir.

Mütəxəssis qeyd edib ki, vitamin çatışmazlığını doldurmaq və şirniyyata olan ehtiyacı azaltmaq üçün toxum, qoz-fındıq və yarpaqlı tərəvəzlər yemək lazımdır.

O, həmçinin daha çox ət, qara ciyər və taxıl dənli bitkilər yeməyi məsləhət görür.

Dietoloqun sözlərinə görə, qida rasionuna dəniz məhsullarında olan xrom və zülalın daxil edilməsi də vacibdir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə