Ucuz "Chek up" müayinələrinə aldanmamaq üçün nə etməliyik? - HƏKİM AÇIQLADI

"Ucuz "Chek up"müayinələri reklam kimi insanlar arasında yayılır". Bu sözləri SİA-ya açıqlamasında terapevt Sevinc Abbasova deyib.

Onun sözlərinə görə, insanlar ödənişin az olmasına inanaraq bu "Chek up" müayinələrindən keçirlər: "Bu "Chep up" müayinələri maya dəyərindən çox aşağı olur. Özəl tibb müəssisələri bu vasitə ilə insanları cəlb edirlər. Lakin sonra məlum olur ki, yazılan bu müayinədə testlərin hamısı aparılmır. Yəni, "Chek up" müayinə paketinə daxil olan testlərin üç testdən biri və ya ikisi aparılmıır. Bu baxımdan özəl klinikaların fəaliyyətinə ciddi nəzarət etmək lazımdır. Bu müayinələr yalnız pasiyent cəlb edərək, gəlir qazanmaq məqsədi daşıyır. Əksər həkimlər özünün mütəxəssisi olmadığı sahələrdə çalışır. Bunu edənlər düşünmür ki, yanlış diaqnoz və dərman xəstənin daha da ağırlaşmasına səbəb ola bilər. Xəstəliyi vaxtında və düzgün müalicə etmək vacibdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə