Mərkəzi Gömrük Hospitalının təqaüdə çıxan həkimi ilə görüş keçirilib

Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Repsublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin həkim tibb komissiyasının həkim psixiatrı, tibb xidməti baş leytenantı İradə Ramazanova xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov bununla bağlı keçirilən tədbirdə Dr.İradə Ramazanovanın fəaliyyətini, sosial tibbi aksiyalarda, təlimlərdə fəal iştirakını yüksək qiymətləndirib, ona gül dəstəsi və xatirə hədiyyəsi təqdim edib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Poliklinika rəisi Tamilla Əliyeva çıxış edərək İradə həkimin fəaliyyəti barədə xoş sözlər deyiblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivi Dr.İradə Ramazanovaya möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə