11 milyondan çox insanda qlaukoma xəstəliyi yaranacaq- Oftalmologiya Mərkəzi

2040-cı ilə qədər 11 milyondan çox insanda qlaukoma xəstəliyinin yaranacağı gözlənilir.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva deyib. Həkim bildirib ki, bu xəstəliyin yaranmasında genetik, yaş kimi faktorlar ciddi rol oynayır:

“Bu xəstəlik bir sıra hallarda gizli gedə bilir. Əgər nəsildə bu xəstəlik kimdəsə varsa, o zaman 35 yaşdan, digər hallarda isə 40 yaşdan sonra müayinə olunmaq lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə