“Həkimlərimizi tanıyın!” rubrikasında Nərmin Muradovanı təqdim edirik
Yüksəkixtisaslı mama-ginekoloq Nərmin Muradovanı təqdim edirik. SİA xəbər verir ki, dr.Nəmin Muradova Mərkəzi Gömrük Hospitalında normal, patoloji, riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, uroginekologiya və kosmetik ginekoloji cərrahiyyəni, sonsuzluğun konservativ və cərrahi müalicəsini, laparoskopik kolposkopiya, mioma, kist, endometriozis, histerektomiya əməliyyatları, ginekoloji xəstəliklərin müalicəsini və süni mayalandırma prosedurunun aparılması prosedurlarını həyata keçirir.
Dr. Nərmin Muradova 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə 1 Saylı Doğum Evində mama-ginekologiya ixtisası üzrə kliniki ordinatura keçmişdir. O, 2009-2010-cu illərdə dövlət və özəl doğum evlərində mama-ginekoloq, 2011-2012-ci illərdə İstanbul Şişli Hamidiye Etfal Egitim və Araşdırma Hastanesinin Qadın xəstəlikləri və doğum şöbəsində mama-ginekoloq kimi çalışmış və 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.
Dr. Nərmin Muradova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya tibb sahəsində qazanılan uğurları, tibbin yeniliklərini izləyir və öz təcrübəsini zənginləşdirir. O, 10-dan çox çap olunmuş elmi məqalənin müəllifi və 30-dən çox elmi konfransın iştirakçısıdır. O, Türkiyənin İstanbul Şişli Hamidiye Etfal xəstəxanasında qadın xəstəlikləri və hamiləliyin düzgün aparılması üzrə ixtisasartıtma kursunda, İzmir şəhərində Ege Universitetinin Tibb fakültəsi tərəfindən keçirilən ginekoloji endoskopik simpoziumda, Türkiyənin İstanbul şəhərində II minimal invaziv ginekoloji cərrahiyyə konqresində və 2022-ci ildə Türkiyənin Antaliya şəhərində keçirilən XIV Türk Alman Ginekoloji konfransında iştirak etmişdir. Dr. Nərmin Muradovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nermin-muradova/#
Bütün xəbərlər Facebook səhifəmizdə