Mərkəzi Gömrük Hospitalında Memorandum imzalanıb

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva tərəfindən imzalanıb.

Memoranduma əsasən Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin orta tibb işçilərinin Mərkəzi Gömrük Hospitalında peşə təcrübəsi keçməsi, tibbi təhsil prosesini və elmi tədqiqatların inkişaf etdirilməsi, birgə sertifikatlaşdırılmış tibbi təlim kursları və elmi-təcrübi konfransların keçirilməsi, orta tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün birgə tədqiqatların və peşə təlimlərinin aparılması nəzərdə tutulub. Həmçinin, əməkdaşlıq əsasında bilik, ideya və kadr mübadiləsi, birgə sosial, xeyriyyə və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə