Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub

İyunun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA -ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 4, üç və daha çox doza vaksinlərin sayı 12, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 844, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 526, ikinci mərhələ üzrə 4 milyon 883 min 932, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 238-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə