COVID-19 səbəbindən ölüm halı qeydə alınmayıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SIA -ya verilən məlumata görə, koronavurusdan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 min 861 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 548 nəfər müalicə olunaraq sağalıb, 10 min 277 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 646, bu günə qədər isə ümumilikdə 7 milyon 626 min 218 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə