COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 859 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 539 nəfər müalicə olunaraq sağalıb, 10 min 277 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1472, bu günə qədər isə ümumilikdə 7 milyon 625 min 572 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə