''30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır''

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün məhsulları istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hər il tütün məhsulları istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünə məruz qalanlardır.
Təxminən 700 milyon uşaq tütün tüstüsünə məruz qalır. Hər il tütün tüstüsünə məruz qalan 65 000 uşaq tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.
ÜST 30 yaşlarında siqaretdən imtina edənlərin ömrünün 10 il uzandığına diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə