"Peyvənddən istifadə davam edəcək”

Avropa İttifaqı (Aİ) Komissiyası 27 üzv ölkə adından COVID-19 peyvəndlərinin alınması üçün “BioNTech-Pfizer” ilə müqaviləyə düzəliş danışıqları nəticəsində razılıq əldə edib. SİA xəbər verir ki, Aİ və “BioNTech-Pfizer” epidemiya zamanı etdikləri COVID-19 peyvəndi alqı-satqı müqaviləsində məbləği azaltmaq və çatdırılma müddətini uzatmaq barədə razılığa gəliblər. Mövcud peyvənd tədarükü müqaviləsinə edilən dəyişiklikdə yaxşılaşan epidemioloji vəziyyət nəzərə alınıb. Gələcəkdə yeni COVID-19 variantları ortaya çıxarsa, peyvənddən istifadə davam edəcək.

Dəyişikliklə üzv ölkələr ilkin vaksin müqaviləsində alacaqları dozanın miqdarını azalda və müəyyən ödəniş qarşılığında dozaları istəyə bağlı dozaya çevirə biləcəklər. Üzv ölkələrin peyvəndləri alacağı müddət də 4 il sonraya qədər uzadılır.

Qeyd edək ki, Aİ ölkələri peyvəndlərə tələbatın azalması səbəbindən Komissiyanın istehsalçılarla etdiyi COVID-19 peyvəndi müqavilələrində dəyişiklik tələb edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə