Balaca pasiyentlərə 24 saat ərzində tibbi xidmət göstərilir

Mərkəzi Gömrük Hospitalında uşaqların sağlam və gümrah böyüməsi üçün hər bir şərait yaradılıb. Hospitalın Pediatriya və Neonatologiya şöbəsinin yüksəkixtisaslı həkimlər tərəfindən balaca pasiyentlərə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilir. SİA xəbər verir ki, ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar, böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, uşaq cərrahı və digər müayinələr də həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.

Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıda qeyd olunan xidmətlər təklif olunur:
İlkin reanimasion tədbirlər;
İntubasiya;
Süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası;
Surfaktantın yeridilməsi;
Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası;
Mübadilə qan köçürülməsi;
Fototerapiya;
Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi;
Neonatal skrininq testləri (fenilketonuriya, Q6-FD və s.);
Endokrin pozğunluğun təyini;
Bütün növ ultrasəs müayinələr (baş beyin, ürək, qarın boşluğu orqanlarıvə s.) ;
Rentgenoqrafiya;
Qan qazları, qanın, sidiyin ümumi və bütün növ biokimyəvi analizləri;
Çox az çəkili yarımçıq doğulmuş uşaqlara intensiv terapiya və sonrakı qulluq;
Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ profilaktik peyvəndlərin aparılması;
Doğumdan sonra kontrol müayinələr və vaksinasiya.
Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində aşağıdakı xəstəliklər müalicə edilir:
Bətndaxili infeksiya ilə doğulan uşaqlar (CMV, Herpes, Toksoplazmoz, Xlamidioz, Vərəm, Hepatit və s.) ;
Sepsis;
Yenidoğulmuşun hemorragik pozğunluqları;
Yenidoğulmuşun hemolitik xəstəliyi;
Yenidoğulmuşun anemiyası;
Endokrin pozğunluğu olan anadan doğulan uşaqlar;
Ağ ciyər xəstəlikləri;
Ürək – damar sisteminin xəstəlikləri;
Mədə-bağırsaq sisteminin xəstəlikləri;
Böyrək və sidik çıxarıcı sistemin xəstəlikləri;
Mərkəzi sinir sistemi xəstəlikləri;
Ekstremal az çəkili doğulan uşaqlara intensiv terapiya və qulluq.
Pediatriya və Neonatologiya şöbəsinin fəaliyyəti barədə tanıtım çarxını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.
Ətraflı məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. https://www.youtube.com/watch?v=e_ZUaUGKBxI&list=PL9ra4wRK_rJ7cBt_XAraztmOSmbErpddV

Bütün xəbərlər Facebook səhifəmizdə