Kim ki 100 il yaşamasa... - FOTOLAR

Son illər Respublikamızda səhiyyə sahəsi inkişaf etməkdədir. Dövlətimiz tərəfindən bütün regionlarda, eyni zamanda Şimal bölgəsində xəstəxanalar və digər səhiyyə ocaqları istifadəyə verilib. Danılmaz faktdır ki, bir müddət əvvələ qədər sağlamlıq problemi olan vətəndaşlarımız şəfa tapmaq üçün xarici ölkələrə üz tuturdular. Hazırda isə Respublikamızın regionlarında, eyni zamanda Bakı şəhərində bir çox xəstəliklərin şəfasını öz həkimlərimiz müalicə edir.

Xətai rayon 6 nömrəli şəhər Poliklinikasında işləyən həkimlərimiz onlara müraciət edən xəstələri sağlamlığına qovuşdurmaqla insanların hörmətini qazanıblar. Poliklinikanı baş həkimi Hikmət Həsənov bir ağsaqqal, poliklinikanın baş həkimi kimi sağlam kollektiv yaradıb. Burada peşəkar həkimlər, eyni zamanda savadlı tibb bacıları işləyir. Poliklinikada 44 günlük müharibədə iştirak edən həkim də vardır.

Bildiyiniz kimi Azərbaycanda COVİD-19 pandemiyası zamanı sahə həkimləri gecə və gündüz əzmkarlıqla xəstələrin evinə gedir, onlara tibbi yardımlar edir, xidmət göstərir, dərmanlar yazır, onların müalicəsi ilə məşğul olurdular. Belə həkimlərdən bir neçəsininin adını çəkməyə ehtiyac var. Çünki oxucularımız onları mütləq tanımalıdır. Biz 6 nömrəli şəhər Poliklinikasının ərazisində yaşayırıq və ehtiyac olduqda poliklinikanın həkimlərinin xidmətindən yararlanırıq. Ailə həkimlərindən Şəkurə Hüseynovanın, Gülər Hacıyevanın, Elnaz Seyidovanın və bir çox həkimlərin adlarını çəkmək olar. Poliklinikanın həkimləri hər ay qazilərə, şəhidlərə, şəhid ailələrinə köməklik göstərirlər. Poliklinikada tibbi sığortanın iştirak edən xəstələri üçün hər cür şərait yaradıblar.

Poliklinikanın həyətində yaşıllıqlar, "Qarabağ istirahət mərkəzi" salınıb. Həkimlərin xoş münasibəti də xəstələrin gsağalmasında az rol oynamır. Buna görədir ki, bu poliklinikanın həkimləri vətəndaşların qəbuluna və onlara xidmətin yüksək səviyyədə göstərilməsinə diqqət göstərirlər. Bunun üçün biz də Poliklinikanın həkimlərinə təşəkkürlərimizi bildiririk.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə