Uşaqlarda ürək-qan-damar sistemi probleminin əlamətləri

Uşaqlarda ürək-qan-damar sistemində problemin olmasını valideynlər özləri də aşkara çıxara bilərlər.

SİA xəbər verir ki, bunu Pediatrik Kardiologiya və Revmotologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva deyib. Onun sözlərinə görə, uşaqlarda ürək-qan-damar sistemində problemin olması iştahsızlıq, başgicəllənmə, başağrısı kimi simptomlar, uşaqların fiziki aktivlik zamanı tez yorulması kimi əlamətlərlə özünü göstərə bilər:

“Yeni doğulmuş körpələr də qidalandırılarkən təngnəfəs olur, tez yorulursa, ürək-qan-damar sistemində problemin olmasından şübhələnmək olar. Təbii ki, bu zaman valideynlər mütləq həkimə müraciət etməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə