Ümumdünya Səhiyyə Təşkilatının büdçəsi artırılır

Ümumdünya Səhiyyə Təşkilatının 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması qərarına gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatından verilən yazılı açıqlamaya görə, İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində təşkilatın büdcəsi müzakirə edilib. Üzv dövlətlər 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük ödənişin 20 faiz artırılması mövzusunda razılaşıblar. Buna görə sözügedən proqramın büdcəsi 6,83 milyard dollar müəyyən edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus üzv dövlətlərə qərara güclü dəstəklərinə və göstərdikləri etimada görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə