"Müalicə məqsədi ilə istifadə etdiyimiz bütün növ dərman maddələri allergik reaksiyalara səbəb ola bilər. Buna tibbi dildə anafilaksiya deyilir". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, bədən daxil olan dərman maddəsini yad cisim kimi qəbul edib ona qarşı immun cavab olaraq allergik reaksiya ilə qarşılıq verir: "Ağrıkəsicilər, vitaminlər, antibiotiklər və bildiyimiz digər bütün dərman qrupları allergik reaksiyaya səbəb ola bilər. Bu şəxsin allergik quruluşa malik olmasından, genetik və çevrə faktorlarından asılıdır. Bir dərmanın təkrari dozalarına qarşı allergik reaksiya da əmələ gələ bilər.
Əgər dərmanı qəbul etdikdən sonra aşağıdakı əlamətləri hiss edirsinizsə sizdə allergik reaksiya, anafilaksiya olma ehtimalı yüksəkdir:
- qaşıntı
- dəridə səpgilər
- övrə
- nəfəs almada çətinlik
- qarın ağrısı
- ürəkbulanma
- gözlərdə qaşıntı və sulanma
- burun axıntısı.
Bütün bunlar istənilən dərman maddəsinin əks təsirləri ola bilər. Bu zaman vaxt itirmədən təcili yardıma müraciət etməlisiniz. Şəxsin immun sistemindən asılı olaraq bir və ya bir neçə əlamət üzə çıxa bilər.
Bu kimi halları xüsusilə ev şəraitində, həkim məsləhəti olmadan vurulan antibiotik iynələri zamanı müşahidə edirik. Antibiotikin və ya hər hansı dərmanın ilk dozası zamanı reaksiya qeydə alınmayıbsa, təkrar dozalarda olmama ehtimalını azaltmır.
Bütün bunları nəzərə alaraq hər hansı qida maddəsi və ya dərman maddəsinə allergiyanız varsa, bunu həkiminizə məlumat verməli, həkim məsləhəti olmadan və xəstəxanadan kənarda hər hansı dərmanı, iynəni "kiməsə" faydası olub deyə özünüz alıb ev şəraitində vurmamalısınız".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB