“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi”

30 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir. SİA xəbər verir ki, konfransda postkovid sinromla əlaqəli mövzulara dair yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Proqrama uyğun olaraq Konfrans immunoloq, allerqoloq, terapevt, dermatoveneroloq, endokrinoloq, infeksionist, fizioterapevt, anestezioloq-reanimatoloq, psixiatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.

• Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

• Konfransda iştirak ödənişsizdir!

• Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

• Proqramla tanış olmaq üçün link: https://customshospital.az/postkovid-sindrom-qlobal-pandemiyanin-arzuolunmaz-neticesi/

• Qeydiyyat linki: https://forms.gle/hAc9RGJwYN3niADL9

Bütün xəbərlər Facebook səhifəmizdə