Hansı xəstəlikdən əziyyət çəkənlər ana ola bilməz? - ARAŞDIRMA

Hamiləliyin qarşısını alan səbəbləri bilmək və lazımi tədbirləri görmək problemi erkən mərhələdə həll etməyə imkan verir.

Bəs, hansı xəstəlikdən əziyyət çəkənlər ana ola bilməz? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Türk doğum və ginekologiya mütəxəssisi Dr.Can Kosal hamiləliyin yaranmasının qarşısını alan 9 ən əhəmiyyətli səbəbdən danışıb.

Həmin səbəblər bunlardır:

Hormonal pozuntular

- Qadınlarda yumurtanın inkişafı və çatlamasına səbəb olan hormon səviyyəsinin pisləşməsi,

- Gənc qızların ilk menstruasiya dövründə və menopoza yaxın qadınlarda yumurta əmələ gəlməsi və çatlamasında problemlər,

- Anovulyasiya, yəni müntəzəm menstruasiya olan qadınlarda yumurtaların inkişaf edə bilməməsi,

- Polikistik yumurtalıq sindromu kimi hormonal pozğunluqları olan bəzi xəstəliklərdə müntəzəm yumurta inkişafının olmaması,

- Yumurta istehsalını təmin edən hormonların pozulmasına səbəb olan həddindən artıq kökəlmək və ya qısa müddətdə arıqlamaq, stress, şüursuz ağır fəaliyyətlər, erkən menopoz və müxtəlif xəstəliklər sonsuzluğa səbəb olur.

Uşaqlıq və boru xəstəlikləri

- Boru kanallarında cərrahi müdaxilələr, əvvəlki iltihabi xəstəliklər, apandisit, bağırsaq və ya digər səbəblərlə aparılan qarın əməliyyatları və xlamidiya kimi cinsi yolla keçən bakteriyaların iltihabı nəticəsində yaranan maneələr.

-Uterus əzələlərinin anormal böyüməsi nəticəsində əmələ gələn, yumurtalıqların yerdəyişməsinə və boruların tıxanmasına səbəb ola bilən miyomlar.

- Miyomalar hamiləliyin qarşısını almaqla yanaşı, döllənmiş yumurtanın uterusa yapışmasının qarşısını alaraq hamiləliyin baş verməsini məhdudlaşdıra bilər.

- Endometrioz xəstəliyi (şokolad kisti) uşaqlığın xaricində uşaqlıq yolunun daxili qişasının böyüməsi nəticəsində yaranır. Cəmiyyətdə qadınların 5%-də aşkar edilən xəstəlik, hamilə qala bilməyən insanların təxminən 30%-nin mühüm problemidir.

- Uşaqlıq yolunda inkişaf pozğunluğu, uşaqlığın qoşa olması, uşaqlıq yolunda pərdə olması, uşaqlığın qeyri-kafi inkişafı kimi problemlər.

Metabolik xəstəliklər

- Şəkərli diabet,
- İmmunitet sisteminə təsir edən problemlər,
- Qaraciyər və böyrək xəstəlikləri,
- Kistik fibroz kimi genetik xəstəliklər,
- Qalxanabənzər vəzi xəstəlikləri kimi problemlər hamiləlik baş vermiş olsa belə, uşağın düşməsi və vaxtından əvvəl doğuş riskini artırır. Bu cür metabolik, xroniki və endokrin xəstəlikləri olan insanlar hamiləliyin planlaşdırılmasından əvvəl müalicə edilməlidir.

Qadınlarda yaş məsələsi

Qadınlar bütün həyatlarını davam etdirəcək qədər yumurta ehtiyatı ilə doğulurlar. Yaş irəlilədikcə bu ehtiyatlar tədricən azaldığı halda, 35-40 yaşdan sonra say azalması ilə yanaşı, yumurta keyfiyyəti də azalmağa başlayır. Qadınların yaşı birbaşa yumurtaların sayı və keyfiyyətindən asılıdır.

Sperma keyfiyyətinin pozulması

Hamiləliyin qarşısını alan başqa bir səbəb ereksiya səbəbiylə kişilərdə sperma keyfiyyətinin azalmasıdır. Sperma keyfiyyətinin və sayının azalması, erektil disfunksiya və daha nadir xəstəliklər kişi sonsuzluğunun ən vacib 3 səbəbidir. Bu gün çox rast gəlinən varikosel adlanan xaya damarlarının böyüməsində xayanın temperaturu yüksəlir və xayalardan sperma hüceyrələrinin istehsalı və keyfiyyəti pisləşir. Bundan əlavə, kişilərdə əvvəlki qasıq yırtığı və ya uşaqlıqda enməmiş xayalar üçün edilən əməliyyatlar da sperma keyfiyyətində və sayında anormallıqlara səbəb olur.

İçki və siqaret istifadəsi

Spirt və siqaretin həddindən artıq istehlakının həm qadınlarda, həm də kişilərdə sıxılma amili yaradaraq hamiləliyin qarşısını aldığı müəyyən edilib. Siqaret qadınlarda hüceyrə məhvini artırsa da, hüceyrə bərpasını yavaşlatdığı üçün erkən menopozun da səbəblərindəndir. Bundan əlavə, hamiləlik dövründə siqaret və spirtli içkilərin həddindən artıq istifadəsi körpənin vaxtından əvvəl doğuşuna səbəb olur.

Həddindən artıq zəiflik və ya piylənmə

Həddindən artıq arıqlıq və ya piylənmə menstruasiya dövrünü poza və hamiləlik şansını azalda bilər. Kişilərdə piylənmə isə sperma sayının və keyfiyyətinin azalmasına səbəb olduğu üçün uşaq sahibi olma şansını azaldır.

Vaginal quruluq

Vaginal quruluğu olan qadınların istifadə etdiyi sürtkü yağları sperma keyfiyyətinə mənfi təsir göstərərək hamiləliyi gecikdirən əhəmiyyətli faktorlardandır.

Xərçəng dərmanları

Xərçəng müalicəsində istifadə edilən kimyaterapiya dərmanları və şüa müalicəsi sperma sayını və keyfiyyətini pozur. Həmçinin, bu dərmanlar qadınların menopoza girməsinə səbəb olur. Bu tip xəstəliyi olan qadınların və ya kişilərin müalicəyə başlamazdan əvvəl yumurta və sperma dondurma üsulları ilə müalicə olunduqdan sonra uşaq sahibi olma şansı var.

Cərrah, mama-ginekoloq Ləman Əliyeva: "Bu, bir az qeyri-müəyyən mövzudur. Məsələn, əgər şəxsin anadangəlmə, yaxud genetik olaraq uşaqlığı (matkası) olmazsa, o, 100 faiz hamilə qala bilməz. Digər hallarda isə tibbdə hər bir şeyin müalicəsi var.

İndi hər bir halda süni mayalanma var. Yumurta hüceyrəsi olmadıqda da donor yumurta hüceyrə götürülür. Atada sonsuzluq olduqda da spermadan donor götürürlər.

Hətta ana ağır ürək-damar sistemi, böyrək çatışmazlığı xəstəsi, yaxud ruhi xəstə olarsa, bəzən bu halda da hamilə qalıb doğum edən xəstələr var.

Onu da qeyd edim ki, indi onkoloji və diabet xəstələri də ana ola bilir. Bu, sadəcə, onun onkoloji xəstəliyin hansı mərhələsində olmasından asılıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə