"Piylənmə günümüzün qlobal problemlərindən biridir. Piylənmədən əziyyət çəkən hər insanda müəyyən problemlər müşahidə olunur. Bu da bəzi xəstəliklərə gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, keçəlliyin səbəbləri müxtəlifdir: "Keçən il bir neçə xarici dietoloq həmkarlarımla beynəlxalq səviyyədə belə bir araşdırma aparmışdıq ki, 80 faiz hallarda kişilərdə keçəllik müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Məsələn, genetik faktorlardan dolayı 35 yaşdan sonra kişi hormonlarının fəaliyyətində problem olur".
Ləman Süleymanova sözlərinə belə davam edib: "Saç tökülməsindən ümumi danışsaq, düzgün qidalanmamaq, vitamin çatışmazlığı, stress, qalxanabənzər vəzidə problem və s. bura aiddir.
Səbəbləri saymaqla bitməz. Bu problemlə qarşılaşdıqda həkimə müraciət olunmalı, düzgün diaqnoz qoyulmalı və müalicə getməlidir.
Piyləmədən əziyyət çəkən xüsusən kişilərdə saç tökülməsi müşahidə olunur. Bu qadınlara da aiddir. Piylənmədən əziyyət çəkən kişi və qadınları müqayisə etsək, kişilərdə 40 faiz, qadınlarda isə 60 faiz saç tökülməsi görünür. Qadınlarda saç tökülməsinin səbəbi onların arıqlamaq üçün zəhərli çay və kokteyllər alıb içməsidir. Bu da ginekoloji problemlər yaradır və bədənin vitamin balansını söküb çıxarır. Eyni zamanda, yalançı marafonlar və kortəbii dietalar təşkil olunur. Nəticədə kəskin arıqlama gedir, bədənin vitamin balansı boşalır və güclü saç tökülmə müşahidə olunur. Hətta belə qadın və kişilərdə keçəllik də baş verir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB