Ümumdünya Səhiyyə Təşkilatı arıqlamaq istəyənləri şəkər əvəzedicilərindən imtina etməyə çağırıb. Alimlər xəbərdarlıq ediblər ki, süni dadlandırıcılar arıqlamaq üçün təsirsizdir və bu sağlamlıq üçün zərərli ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, şəkər əvəzedicilərinin uzunmüddətli istifadəsi potensial arzuolunmaz təsirlərə səbəb ola bilər.
Qeyd edək ki, burada söhbət 2-ci tip diabet, ürək-damar xəstəlikləri və ölüm riskinin artmasından gedir.
Şirin qida və içkilərin istehlakı böyük və ya uşaqlarda bədən yağının azaldılmasında heç bir uzunmüddətli fayda təklif etmir.
Bu tövsiyələr artıq şəkərli diabeti olan insanlara şamil edilmir.
Ümumdünya Səhiyyə Təşkilatını Qidalanma və Qida Təhlükəsizliyi Direktoru Francesco Branca, insanlara şəkər qəbulunu azaltmağın başqa yollarını düşünməyə çağırış edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB