ÜST “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi, amma bu Çini razı salmayıb?

Çin Milli Səhiyyə Komissiyasının bəyanatında qeyd edilib ki...
ÜST “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi, amma bu Çini razı salmayıb?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (Covid-19) səbəbilə elan edilən “Qlobal fövqəladə vəziyyət”i ləğv etdi.

Amma SİA-nın əldə etdiyi məlumata görə, Çin “Covid19”u "B sinif epidemiyası" kimi təsnif etməyə davam edəcəyini açıqladı.

Çin Milli Səhiyyə Komissiyasının bəyanatında o qeyd edilib ki, ÜST-ün qərarı qlobal riskin aradan qalxması demək deyil.

Komissiya Çinin artıq “Covid-19”u “B sinif epidemiyası” kimi təsnif etdiyini və bu çərçivədə tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Açıqlamada virusun hələ də mutasiyaya uğradığı və yerli səviyyədə yayıldığı qeyd edilib.

Yaponiya isə “Covid-19”u “Mövsümi qrip kateqoriyası”na salıb və ölkədə koronavirus üçün karantin prosedurları ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə