Uşaqlar üçün geyim dizaynında ən vacib kriteriyalar hansılardır ? - MÜNASİBƏT BİLDİRİLDİ
"Uşaqlar üçün geyim dizaynı sadəcə estetik yanaşma deyil, yüksək məsuliyyət tələb edən bir sahədir. Bu istiqamətdə əsas məqsəd dəbin arxasınca getmək yox, uşağın sağlamlığını, rahatlığını və təhlükəsizliyini qorumaqdır". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, uşaq geyimi dizayn edilərkən hər detal uşağın gündəlik həyat tərzi və psixoloji xüsusiyyətləri nəzərə alınaraq formalaşdırılmalıdır: "Ən önəmli kriteriya sağlamlıqdır. Uşaq dərisi həssas olduğundan, geyimdə istifadə olunan parçalar mütləq təbii, nəfəsalan və allergiya yaratmayan materiallardan seçilməlidir. Keyfiyyətsiz və sintetik parçalar uşağın dərisində narahatlıq və qıcıqlanma yarada bilər ki, bu da geyimin əsas funksiyasına ziddir.
Rahatlıq və funksionallıq uşaq geyim dizaynının əsas sütunlarından biridir. Uşaqlar aktiv olduqları üçün geyim onların hərəkət azadlığını məhdudlaşdırmamalıdır. Kəsim forması sadə, yüngül və praktik olmalı, geyinib-çıxarma prosesi asanlaşdırılmalıdır. Bu, həm uşağın özünü sərbəst hiss etməsinə, həm də valideyn üçün gündəlik istifadədə rahatlığa şərait yaradır.
Təhlükəsizlik uşaq geyimlərində xüsusi diqqət tələb edən məsələdir. Kəskin detallar, asan qopan düymələr, uzun bağlar və risk yaradan aksesuarlar dizayndan kənar saxlanılmalıdır. Uşaq geyimi hərəkət zamanı təhlükə mənbəyinə çevrilməməlidir. Estetik görünüş də dizayn prosesində mühüm rol oynayır. Rəng seçimi və naxışlar uşağın psixologiyasına birbaşa təsir göstərir. Açıq, pozitiv və yaşa uyğun rənglər uşaqlarda sevinc, rahatlıq və özünəinam hissini artırır. Dizayn uşağın dünyasına uyğun, sadə və səmimi olmalıdır.
Uşaq geyim dizaynı sağlamlıq, rahatlıq, təhlükəsizlik və estetik dəyərlərin harmoniyasını tələb edir. Bu balans qorunduqda, geyim yalnız bir məhsul deyil, uşağın gündəlik həyat keyfiyyətinə töhfə verən vacib bir elementə çevrilir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB