Məşhur mağazanın dam örtüyü yanıb

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən “Music Gallery” elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə