Qaxda qaydaları pozan 13 sürücü cərimələnib FOTO

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün şəkildə istifadə etməyən sürücülər aşkarlanıb.

Onların hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 13 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə