Keçmiş məhkum oğurluq üstündə tutuldu

Binəqədi rayonu ərazisindəki restoranlardan birinin qarşısından motosikleti qaçırmaqda şübhəli bilinən C.Mirzəyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 26-da Binəqədi rayonu ərazisindəki restoranlardan birinin qarşısından F.Mahmudova məxsus “Haouju” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev Qobu qəsəbəsi ərazisində motosikletlə birgə saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...