Samuxda ağır yol qəzası - "Jiquli" iki hissəyə bölünüb...

Samuxda ağır yol qəzası - "Jiquli" iki hissəyə bölünüb...

Samuxda ağır yol qəzası baş verib, nəticədə avtomobil iki hissəyə bölünüb. Hadisə rayonun Sərkar kənd yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb. H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə