Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hyundai" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB