Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
SİA xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB