Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 22 yaşlı H. Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.
Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov müəyyən olunaraq saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB