Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 9-15-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan SİA-ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 53, tankəleyhinə 7 mina və 130 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 385 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə