Abşeronda 8 otaqlı evdə yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan kürsülü, ikimərtəbəli 8 otaqdan ibarət evin dam örtüyünün taxta atmaları 50 m² sahədə, ikinci mərtəbəsinin eyvanında quraşdırılan kombi aparatı və su qızdırıcısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB